PSJ “Benfika”nın və Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandesi almağı düşünür.
Lent.az bildirir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, argentinalı yarımmüdafiəçi millinin tərkibində 2022-ci il dünya çempionu olub.
Mənbənin sözlərinə görə, Paris klubunun rəhbərliyi 21 yaşlı futbolçunun dünya çempionatındakı çıxışından məmnun qalıb və “qartallar”la müqaviləni müzakirə etməyi planlaşdırır. “Transfermarkt”ın məlumatına görə, futbolçunun transfer dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.
Enzo Fernandes DÇ-2022-nin ən yaxşı gənc futbolçusu olub.
Əlavə edirik ki, Qətərdə keçirilən dünya çempionatında Fernandes yeddi oyunda iştirak edib, bir qol vurub və bir məhsuldar ötürmə edib.