Fransa yığmasının və PSJ-nin hücumçusu Kilian Mbappe Qətərdə keçirilən dünya çempionatı başa çatdıqdan sonra "Transfermarkt"ın versiyasına görə, dünyanın ən bahalı futbolçusu olub.
Lent.az xəbər verir ki, “Transfermarkt” Qətərdə keçirilən dünya çempionatının yekunlarına görə futbolçuların transfer qiymətlərini yeniləyib. Mbappe ən bahalı futbolçu olub. Onun qiyməti 20 milyon avro artıb (160 milyon avrodan 180 milyon avroya). Dəyəri baxımından o, “Mançester Siti”nin və Norveçin hücumçusu Erlinq Haalandı qabaqlayıb.
Həmçinin Argentina millisinin və Benfika yığmasının yarımmüdafiəçisi Enzo Fernandesin qiyməti 20 milyon avro artıb (35 milyon avrodan 55 milyon avroya). “Mançester Siti”nin hücumçusu Julian Alvarez transfer haqqına 18 milyon avro əlavə edib və hazırda onun qiyməti 50 milyon avrodur.
Yoşko Qvardiol (75 milyon avro, Xorvatiya millisi, “Leypsiq” klubu), Kodi Qakpo (60 milyon avro, Hollandiya, PSV) və Sofyan Amrabat (25 milyon avro, Mərakeş, “Fiorentina”) hərəyə dəyərlərinə 15 milyon avro əlavə edib. Qvardiol dünyanın ən bahalı müdafiəçisi olub.
İngiltərə yığmasının futbolçusu Jude Bellinqhemin (110 milyon avro, “Borussiya” Dortmund) və Bukayo Sakinin dəyəri (100 milyon avro, “Arsenal”) 10 milyon avro artıb.