"Yuventus"un və Argentina millisinin yarımmüdafiəçisi Anxel di Mariya bu qış komandanı tərk edə bilər.
Lent.az bildirir ki, İtaliya mətbuatı xəbər verir.
Mənbənin məlumatına görə, MLS klubları futbolçu ilə maraqlanır. Argentinalı futbolçunun vətəninə qayıtması variantı da nəzərdən keçirilir.
Di Mariyanın "Yuventus"la müqaviləsi 2022/23 mövsümünün sonuna kimi nəzərdə tutulub, lakin onun vaxtından əvvəl ləğv edilməsi mümkündür. “Transfermarkt”ın məlumatına görə, argentinalının transfer dəyəri 10 milyon avrodur.
Di Mariya bu yay “Yuventus”a keçib, “qoca sinyora”nın heyətində 10 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.