Fransa millisinin baş məşqçisi Didye Deşam yeni müqavilə təklifini gözləyir.
Lent.az bildirir ki, bu barədə xarici mətbuat yazır.
Mənbənin sözlərinə görə, mütəxəssis 2026-cı ilə qədər komandanın sükanı arxasında qalmaq istərdi. Qeyd olunur ki, prezident Emmanuel Makron vəziyyətə təsir edə bilər. O, artıq Fransa Futbol Federasiyasının (FFF) rəhbəri Noel Le Qreyə 54 yaşlı məşqçi ilə gələcək əməkdaşlığa ümid etdiyini bildirib.
Xatırladaq ki, Deşam 2012-ci ildən milli komandaya rəhbərlik edir. Onun rəhbərliyi altında fransızlar Avro-2016-nın finalına yüksəlib, 2018-ci il dünya çempionatının qalibi olub, həmçinin Argentina millisinə uduzduğu DÇ-2022-nin finalına yüksəlib.