Deşam Mbappeni niyə  kapitan seçdiyini   AÇIQLADI
27 mart 2023 17:33 (UTC +04:00)

Deşam Mbappeni niyə kapitan seçdiyini AÇIQLADI

Fransa yığmasının baş məşqçisi Didye Deşam PSJ-nin hücumçusu Kilian Mbappeni niyə millinin yeni kapitanı etdiyini açıqlayıb.

"Kilian belə bir məsuliyyət üçün lazım olanı birləşdirir, o, gənc oyunçuları və veteranları bir araya gətirəcək", - Lent.az xarici mediaya istinadən bildirir ki, Deşam deyib.

Əlavə edək ki, daha əvvəl Fransa yığmasının kapitanı Qətərdəki dünya çempionatından sonra beynəlxalq karyerasını başa vuran qapıçı Uqo Loris idi.

Fransa millisi 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 27-də Dublində İrlandiya yığması ilə qarşılaşacaq. 


 

# 1356
avatar

Oxşar yazılar