Dünya çempionatı : Belçika İranla  bacarmadı
22 iyun 2026 01:05 (UTC +04:00)

Dünya çempionatı: Belçika İranla bacarmadı

0

2026-cı il dünya çempionatında G qrupunun II tur oyunları davam edir.

Lent.az xəbər verir ki, Belçika millisi İranla qarşılaşıb.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Oyunun ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb.

İkinci hissə qarşılıqlı hücumlar şəraitində keçib. Buna baxmayaraq, hücumlar məntiqli sonluqla bitməyib və oyun heç-heçə başa çatıb.

Xatırladaq ki, hər iki komanda mundiala heç-heçə ilə start verib. Belçika ilk turda Misirlə 1:1, İran isə Yeni Zelandiya ilə 2:2 hesablı heç-heçə edib.

G qrupunun digər oyununda Yeni Zelandiya Misirlə üz-üzə gələcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar