Moskvada binada güclü yanğın:  60 nəfər təxliyə edildi
21 iyun 2026 21:28 (UTC +04:00)

Moskvada binada güclü yanğın: 60 nəfər təxliyə edildi

0

Moskvanın cənubunda yerləşən Reçnikov küçəsindəki inzibati binada böyük yanğın baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanğın təxminən 300 kvadratmetr sahəni əhatə edib. Hadisə zamanı binanın dam örtüyünün bir hissəsi uçub.

Yanğınla əlaqədar binadan 60 nəfər təxliyə edilib.

Şahidlərin sözlərinə görə, ərazidə güclü tüstülənmə müşahidə olunub. Xəsarət alanların olub-olmaması ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Hazırda hadisə yerində xilasedicilər və yanğınsöndürmə briqadaları işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar