Qətərdə keçirilən DÇ-2022 davam edir.
Apasport.az saytının məlumatına görə, mundialın dördüncü gününə start verilib.
Günün ilk oyunu F qrupunda baş tutub. Son dünya çempionatının finalçısı Xorvatiya Mərakeşlə qarşılaşıb.
Zlatko Daliçin yetirmələri görüşün favoriti sayılsa da, afrikalıların müqavimətini qıra bilməyib. Beləliklə, vitse-çempion mundiala xal itkisi ilə start verib. Bununla da Qətər-2022-də üçüncü qolsuz heç-heçə qeydə alınıb.
F qrupunda turun digər görüşündə Belçika və Kanada qarşılaşacaq. Rusiya-2018-in bürünc mükafatçısının şimali amerikalılarla dueli Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.