DC-2022: İngiltərə ABŞ-la bərabərə qaldı
26 noyabr 2022 00:58 (UTC +04:00)

DC-2022: İngiltərə ABŞ-la bərabərə qaldı

Bu gün DÇ-2022-nin A qrupunda II tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, mundialın 6-cı oyun gününün son qarşılaşmasında İngiltərə və ABŞ görüşüb.

Çempionatın favoritlərindən olan Qaret Sautqeytin yetirmələri 1/8 finala vəsiqəni öncədən təmin edə bilərdi. Bunun üçün futbolun yaradıcılarına istənilən hesabla qələbə qazanmaq kifayət idi. Lakin britaniyalılar tapşırığın öhdəsindən gələ bilməyib. Tərəflərin səylərinə baxmayaraq oyunda hesab açılmayıb. 

Qeyd edək ki, B qrupunun digər görüşündə Uels və İran qarşılaşıb. Matç asiyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

DÇ-2022, qrup mərhələsi
25 noyabr, II tur
B qrupu
23:00. İngiltərə - ABŞ 0:0

# 1689
avatar

Oxşar yazılar