Noyabrda Qətərdə keçiriləcək dünya çempionatı üçün bilet satışları davam edir.
Lent.az Apasport.az saytına sitinadən xəbər verirki, artıq Argentina yığmasının qrup mərhələsindəki oyunlarına biletlər tükənib.
Cənubi Amerika təmsilçisi mundialda qrup matçları üçün ayrılmış biletlərin hamısı satılan ilk komandadır. Lionel Skaloninin yetirmələri C qrupunda Səudiyyə Ərəbistanı, Meksika və Polşa ilə qarşılaşacaq.
Qeyd edək ki, noyabrın 20-də start götürəcək DÇ-2022-nin final görüşü dekabrın 18-də baş tutacaq.