İspaniya polisi danışılmış futbol oyunları təşkil etməklə məşğul olan cinayətkar dəstəni həbs edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, polisin əməliyyatı İspaniya La Liqası və Europol ilə birgə keçirilib, cinayətkar qrupun 17 üzvü həbs edilib. 11 cinayətkar Melilyada, daha 6 nəfər isə Qranadada saxlanılıb.
Hazırda İspaniya çempionatının üçüncü divizionunda çıxış edən “Melilya” futbol klubunun iştirakı ilə danışılmış oyunlar təşkil olunub. Cinayətkarlar “razılaşmalar” aparmaqla yanaşı, korrupsiya, dələduzluq, çirkli pulların yuyulması və sənədlərin saxtalaşdırılmasında da ittiham olunurlar.