Futbol üzrə Argentina milli komandasının sabiq qapıçısı Uqo Qatti komandanın DÇ-2022-də qələbə qazanmasında qapıçı Emiliano Martinezin rolu ilə bağlı fikirlərini bölüşüb.
Lent.az xarici mediaya istinadən bildirir ki, o, hazırki qapıçının Messidən daha vacib olduğunu dilə gətirib:
“Martines Messidən daha vacib idi. O, ən vacib hücumları saxladı, penaltilər seriyasını qazandı. Həlledici oyunçu qapıçı idi. Oyunlar zamanı o, özünü çox büruzə vermədi. Amma son anda özünü göstərmək lazım olanda Martinez bunu etdi.
Mənim üçün Messinin rolu əsas deyildi. Di Mariya ən vacib hücum oyunçusudur. O, ən çox şey etdi və Messi üçün oynadı”.