"Çelsi"nin sahibi  yeni stadion   tikmək istəyir
20 mart 2023 18:40 (UTC +04:00)

"Çelsi"nin sahibi yeni stadion tikmək istəyir

"Çelsi"nin sahibi Todd Bouli “Stamford Bric”in əvəzinə müasir arena tikmək istəyir.

Lent.az bildirir ki, bu barədə İngiltərə mətbuatı xəbər verir.

Mənbənin sözlərinə görə, yeni stadionun tutumu 60 min nəfərə çatmalı, xərclər isə 2,3 milyard avro təşkil edəcək. "Çelsi" hazırda “Stamford Bric” yaxınlığındakı torpaq sahəsini almaq üçün danışıqlar aparır.

Layihə reallaşarsa, “Çelsi” ən azı dörd il ev oyunlarını başqa arenada keçirməli olacaq. “Uembli” və “Fulhem”in “Kreyven Kottec” stadionu seçim kimi nəzərdən keçirilir.

Ekspertlərin fikrincə, yeni stadionun tikintisi 2030-cu ilə qədər davam edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2019
avatar

Oxşar yazılar