Napoli” komandasının hücumçusu Viktor Osimxen karyerasına İngiltərədə davam edə bilər.
Lent.az xəbər verir ki, “Çelsi” 24 yaşlı nigeriyalı forvardı transfer etmək istəyir. “Çelsi” oyunçuya görə təxminən 170 milyon avro ödəməyə hazırdır.
Bundan əvvəl Osimxen ilə “Napoli” arasında kluba yaxın sosial şəbəkələrdə hücumçu ilə bağlı məzhəkəli videoçarxın peyda olması səbəbindən problem yaranıb. Hücumçunun nümayəndəsi bildirib ki, sosial şəbəkələrdə yayımlanan nigeriyalının penaltini vura bilmədiyi barədə çarx ilə bağlı məhkəməyə müraciət oluna bilər.
Cari mövsümdə Osimxen bütün turnirlərdə “Napoli”də yeddi oyunda iştirak edib. O dörd qol və bir məhsuldar ötürmə ilə fərqlənib.