"Çelsi"nin yarımmüdafiəçisi Omari Hatçinson karyerasını "İpsviç"də davam etdirəcək.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
Futbolçu növbəti mövsüm üçün icarəyə göndərilib.
Hatçinson ötən mövsüm "Çelsi"nin heyətində iki əsas oyuna çıxıb. Bundan əlavə, o, Premyer Liqada gənclərin 21 oyununda iştirak edib, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.