“Çelsi” bu qapıçını aldı
31 iyul 2024 09:35 (UTC +04:00)

“Çelsi” bu qapıçını aldı

“Çelsi” Danimarka millisinin qapıçısı Filip Yorgenseni “Vilyarreal”dan transfer etdiyini açıqlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, klubun qapıçı ilə müqaviləsi 2031-ci ilin iyuluna qədərdir. Futbolçu Amerika turu zamanı əsas heyətə qoşulacaq. 

Qapıçının transfer məbləği açıqlanmayıb, lakin “təqaüdçülər” Villarreal-a 24,5 milyon avro ödəyəcək.

22 yaşlı qolkiper 2023-cü ilin yanvarından “Sarı Sualtı”nın böyük komandasında çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 44 qarşılaşmada iştirak edib, onlardan yeddisində qapını təmiz saxlayıb. Bu görüşlərdə Yorgensen 75 qol buraxıb. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1782
avatar

Oxşar yazılar