"Çelsi" "Borussiya Dortmund"un təklifini RƏDD ETDİ
15 avqust 2025 19:56 (UTC +04:00)

"Çelsi" "Borussiya Dortmund"un təklifini RƏDD ETDİ

"Çelsi" Dortmund "Borussiya"sının yarımmüdafiəçi Karni Çukvuemekanı icarəyə götürmək təklifini rədd edib.

Lent.az xəbər verir ki, alman klubu 21 yaşlı britaniyalı futbolçunu 15 milyon funt sterlinqə satınalma opsiyası ilə icarəyə götürmək istəyib.

Ötən mövsümdə Çukvuemeka "Borussiya"ya icarəyə verilib. Yarımmüdafiəçi ümumilikdə 22 oyun keçirib və 1 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 264

Oxşar yazılar