"Rubin"in keçmiş baş məşqçisi Vitali Kafanov "Yuventus"un keçmiş qapıçısı Canluici Buffonun nə zamansa Kazan klubuna keçmək şansının olduğunu deyib.
“Buffonu “Rubin”ə dəvət etsəydim, rus qapıçıların yolunu bağlayardım. Həmkarlarım məni başa düşmədilər. Axı mən özüm deyirəm ki, biz bütün səylərimizi rusiyalı qapıçıların inkişafına sərf etməliyik”, - Lent.az xarici mediaya istinadla bildirir ki, Kafanov bildirib.
Avqustun 2-də 45 yaşlı Buffon peşəkar futboldan getdiyini açıqlayıb.
Qapıçı "Yuventus"la on qat İtaliya çempionudur. Klubla birlikdə B Seriyasına düşüb və elit diviziona qayıdıb. Turin komandasının tərkibində 5 dəfə İtaliya kubokunun qalibi olub. Buffon UEFA kubokunun 1997/98 mövsümünün ("Parma") sahibidir.