Bu gün 17 yaşı  tamam olur:  “Anasına nə deyib?”
13 iyul 2024 15:42 (UTC +04:00)

Bu gün 17 yaşı tamam olur: “Anasına nə deyib?”

İyulun 13-də 17 yaşı tamam olan İspaniya millisinin və "Barselona"nın cinah hüçumçusu Lamin Yamal anasının doğum günü şərəfinə etdiyi xahişdən danışıb.

“Anama dedim ki, qalib gəlsək, heç bir hədiyyə istəmirəm, sadəcə Madriddə komanda yoldaşlarımla qeyd etmək istəyirəm. Hamısı bu qədər.

Bu (Avropa çempionatında qalib gəlmək) sizi dəli edə bilər. Hava limanından tutmuş hamı dəli olacaq. İnanılmaz eyforiya içində İspaniyaya uçacaqdıq. Avropa çempionatında qalib gəlmək dəlilikdir. Bu, 2012-ci ildən bəri baş verməyib”, - Lent.az bildirir ki,  “Marca” Yamaldan sitat gətirib.

Xatırladaq ki, Avropa çempinatının finalında İspaniya millisi İngiltərə ilə qarşılaşacaq. Bu görüş iyulun 14-də baş tutacaq. Qarşıdurma Berlindəki “Olimpiastadion” stadionunda baş tutacaq. Qarşılaşmanın baş hakimi funksiyasını Fransua Leteksier yerinə yetirəcək. Hakimin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2952
avatar

Oxşar yazılar