İngiltərənin “Çelsi” klubundan ayrılacaq futbolçuların siyahısı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Tomas Tuxel ciddi islahatlar aparmağı planlaşdırır.
O, yay fasiləsində satılmasını istədiyi oyunçuların siyahısını da klub rəhbərliyini təqdim edib. Tuxel Villi Kabalyero, Kepa Arrisabalaqa, Emerson Pelmeri, Kristian Pulişiç, Olivye Jiru və Temmi Abrahamın xidmətində maraqlı deyil. “Qara siyahı”dakı bu 6 oyunçudan başqa Denni Drinkuoter və Viktor Mozes də baş məşqçinin planlarına uyğun gəlmir.
Mütəxəssis ilk toplanışa Malanq Sarr, Ruben Loftus-Çik, İtana Ampadu, Mişi Batşuayi və Ross Barklini aparmağın tərəfdarıdır. Digər oyunçular isə satıla və ya icarəyə verilə bilər. Tuxel müdafiəçi Mark Queini də qayıdışından sonra əsas komandaya cəlb etməyi planlaşdırır.