Bu,  FƏLAKƏTDİR:   Məşqçilər Ronaldo ilə işləməkdən imtina edirlər
25 noyabr 2021 14:15 (UTC +04:00)

Bu, FƏLAKƏTDİR: Məşqçilər Ronaldo ilə işləməkdən imtina edirlər

Ole Qunnar Sulşerin qovulmasından sonra “Mançester Yunayted” gözlənilməz problemlə üzləşib – heç kim əfsanəvi klubda işləmək istəmir.
 
Lent.az xarici mediaya istinadla bildirir ki, “Mançester Yunayted” rəhbərliyinin əsas məqsədi Zinəddin Zidandır, lakin o, özü klubda işləmək istəmir, hətta dolayısı ilə Maurisio Poçettinonun təyinatına da mane olur.

Məsələ ondadır ki, argentinalı Paris Sen-Jermenin (PSJ) hazırkı məşqçisidir. Parislilər onu buraxmağa hazırdırlar, lakin iddialara görə onun potensial əvəzedicisi Zidan, burada da “buynuzunu göstərib”.

Ancaq imtina edənlərin siyahısı bununla bitmir. Daha əvvəl Avropanın ən yaxşı məşqçisi Roberto Mançininin “Mançester Yunayted”ə başçılıq etməkdən imtina etdiyi həlumat verilib.
 
Jurnalist Fabrisio Romanunun xəbərinə görə, ondan sonra iki ispan mütəxəssis Luis Enrike və Xulen Lopeteqi Kriştiano Ronaldo ilə işləmək imkanından imtina ediblər.

Birincisi, DÇ-2022-də İspaniya millisi ilə çıxış etməyə hazırlaşır,  “Sevilya”nın çalışdırıcısı isə “absurd təklifə” belə qulaq asmayıb.
 

# 6513
avatar

Oxşar yazılar