"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino bildirib ki, komanda London klubunda heyəti azaltmaqla tarazlığı bərpa etməlidir.
“Bizim heyətimiz 23, 24 və ya 25 oyunçudan ibarət olmalıdır. Bəzi oyunçulara yazığım gəlir, amma çətin qərarlar qəbul edilməlidir, çünki balanslaşdırılmış heyətə ehtiyacımız var”, - Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 51 yaşlı mütəxəssis deyib.
Əlavə edək ki, bu yay "Çelsi"ni yarımmüdafiəçilər Kay Haverts, Meyson Maunt, Mateo Kovaçiç, Kristian Pulişiç, N'Qolo Kante, həmçinin müdafiəçilər Kalidu Kulibali, Sezar Azpilikueta və qapıçı Eduard Mendi də daxil olmaqla 14 oyunçu tərk edib.
London klubu 2022/2023 mövsümünü Premyer Liqa turnir cədvəlində 12-ci yerdə başa vurub.