“Lokomotiv”in və Rusiya millisinin yarımmüdafiəçisi Dmitri Barinovun agenti Pavel Banatin Türkiyənin “Beşiktaş” klubunun futbolçu ilə müqavilə imzalamağı düşündüyünü bildirib.
Lent.az bildirir ki, bu barədı “Sport24” məlumat verib.
"Beşiktaş" Dimanın transferində maraqlıdır. Üstəlik, həm satın almaq hüququ ilə icarə şərtləri, həm də tam hüquqlu transfer şərtləri ilə”, Banatin deyib. Lakin danışıqların gedişi ilə bağlı təfərrüatları açıqlamayıb. O əlavə edib ki, hazırda yarımmüdafiəçi "Lokomotiv"in düşərgəsindədir.
2022-ci il iyulun 25-də Barinovun İspaniyanın "Valensiya"sına keçə biləcəyi məlum olub. “Orada real maraq var. Agentim onlarla bu barədə danışıb”, – futbolçu bildirib.
26 yaşlı Barinov 2015-ci ildən "Lokomotiv"də çıxış edir. Klubla birlikdə Rusiya çempionatının və üç dəfə ölkə kubokunun qalibi olub. Yarımmüdafiəçi Rusiya millisində 15 oyun keçirib. O, 2019-cu ildən millinin oyunlarında iştirak edir.