"Real" futbol üzrə İspaniya çempionatının 18-ci turunun oyununda "Atletik Bilbao"nu məğlub edib.
Lent.az-ın xəbərinə görə, Bilbaoda keçirilən görüş 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Qaliblər arasında Kərim Benzema (24-cü dəqiqə) və Toni Kroos (90-cı dəqiqə) fərqləniblər.
Benzema üçün bu qol ölkə çempionatında 228-ci olub. Bu göstəriciyə “Real”da Raula çatıb. “Kral klubu” üçün La Liqada qol rekordu Kriştianu Ronaldoya məxsusdur (311).
“Real” 41 xalla İspaniya Liqasında ikincidir. 26 xalı olan "Atletik" səkkizinci pillədə qərarlaşıb.
Növbəti turda “Real” yanvarın 29-da “Real Sosyedad”ı qəbul edəcək, “Atletik” isə həmin gün “Selta” ilə qarşılaşacaq.