Portuqaliyada “Benfika”nın “Əl-Nəsr”la qarşılaşdığı yoldaşlıq oyunu keçirilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, görüş Səudiyyə Ərəbistanı klubunun 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qonsalo Ramuş "Benfika"nın heyətində dubl edib. Anxel Di Mariya və Andreas Şelderup hərəyə bir qol vurub. Xalid Əl-Qannam “Əl-Nəsr”in yeganə qolunun müəllifi olub.
Qeyd edək ki, Asiya komandasının portuqaliyalı hücumçusu Kriştiano Ronaldo qol vura bilməyib. Hücumçu 84-cü dəqiqədə əvəzlənib.
Bundan əvvəl “Əl-Nəsr” İspaniyanın “Selta” klubuna 0:5 hesabı ilə məğlub olub.