Belçika Kral Futbol Assosiasiyası ölkə millisinin baş məşqçisi vəzifəsinə vakansiya elan edib.
Lent.az bildirir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Açıqlamada qeyd olunub ki, yeni çalışdırıcı milli komandanı yeni uğurlara aparmalı, iddialı və beynəlxalq təcrübəyə malik olmalıdır. O da qeyd olunur ki, mütəxəssis gənc futbolçuları komandaya inteqrasiya etməyi bacarmalıdır.
Vəzifə üzrə CV-lər 2023-cü il yanvarın 10-dək qəbul olunur.
2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının bürünc medalçılarının Qətərdəki turnirdə qrupdan çıxa bilməməsindən sonra Roberto Martinez karyerasını başa vurduğunu açıqlamışdı.