Qapıçı Aleksandr Nyubel "Bavariya"dan ayrılıb. O, mövsümə “Ştutqart”da başlayacaq.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, “Ştutqart”da 26 yaşlı qapıçı icarə əsasında çıxış edəcək. Müqavilə 2023/24 mövsümünün sonuna qədər qüvvədədir.
Xatırladaq ki, qapıçı son iki ili icarə əsasında “Monako”da keçirib. Nyubel ötən mövsüm 48 oyun keçirib və 75 qol buraxıb.