"Bavariya" Çempionlar Liqasının qrup mərhələsində "Mançester Yunayted"ə 4:3 qalib gəlib.
Lent.az xarici mediaya istinadla bildirir ki, beləliklə, münhenlilər turnirin bu mərhələsində məğlubiyyətsizlik seriyasını uzadıb və hazırda 35 oyundır - 32 qələbə və 3 heç-heçə. Bu göstərici Çempionlar Liqasında rekorddur.
Bundan başqa, “Bavariya” Avropanın əsas klub turnirində ardıcıl 14-cü qələbəsini qazanıb ki, bu da rekord göstəricidir.
Münhen komandası qrup turnirində son məğlubiyyətini 6 il əvvəl - 2017-ci ildə PSJ-dən alıb.