“Bavariya”dan Arda Gülər  əməliyyatı:   50 milyon avro...
26 fevral 2025 14:31 (UTC +04:00)

“Bavariya”dan Arda Gülər əməliyyatı: 50 milyon avro...

Bu mövsüm “Real”da oynamaq şansı tapmaqda çətinlik çəkən Arda Gülər üçün yeni imkanlar açılır. Daha əvvəl önəmli komandalar Türkiyə millisinində üzvünün arxasınca düşərkən, Almaniya nəhəngi Arda Güləri transfer etmək üçün bir addım atıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, əvvəllər Florian Virtsi 10 nömrə mövqeyinə almaq istəyən "Bavariya" Arda Güləri futbolçunun "Mançester Siti"yə transfer etmək istəyi ilə gündəmə gətirib. "Bavariya" komandası hücum xəttini Harri Keyn, Camal Musiala və Maykl Olise ilə tamamlamaq üçün Arda Güləri heyətinə qatmaq istəyir.

"Bavariya" futbolçu üçün 50 milyon avro ayırıb və yay transfer pəncərəsinin yaxınlaşması ilə Münhen komandası oyunçu üçün ən böyük namizəd kimi önə çıxır. Eyni zamanda xəbərlərdə Arda Gülərə “Bavariya”da daha mühüm rol veriləcəyi də bildirilir.

“Real”ın son oyunlarında Arda Gülər ehtiyat oyunçular skamyasında və isinmə hərəkətləri zamanı kefsiz görünməsi ilə diqqət çəkib. Ançelotti gənc oyunçulara az oyun vaxtı verdiyi üçün də tənqid olunub.

Baş məşqçi Karlo Ançelotti, Arda Gülərlə bağlı sualı cavablandırarkən deyib: "Şübhəsi olan bütün oyunçular otağıma gələ bilər. Hər kəslə danışıram. Mən həmişə Arda, Endrik və digər gənc futbolçularla danışıram. Oxuduğuma görə Gülərle bağlı bir xəbər var. Amma bununla bağlı mənə heç nə çatmayıb".


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508

Oxşar yazılar