“Bavariya” Keyn üçün  böyük məbləğ   ödəməyə hazırdır
27 iyul 2023 18:17 (UTC +04:00)

“Bavariya” Keyn üçün böyük məbləğ ödəməyə hazırdır

"Bavariya" hələ də "Tottenhem"in və İngiltərə millisinin hücumçusu Harri Keyni transfer etməyə ümid edir.
 
Lent.az xarici mediaya istinadla xəbər verir ki, tərəflər bu gün hələ də çətin danışıqlar aparır və əsas məsələ sabah 30 yaşı tamam olacaq hücumçunun dəyəridir.

Almaniya çempionu lazım gələrsə Keyni almaq üçün 100 milyon avrodan çox pul xərcləməyə hazırdır, çünki o, klubun mütləq prioritetidir.

Münhenlilərin idarə heyətinin sədri Yan-Kristian Drissen və müşahidə şurasının rəhbəri kimi də danışıqlar aparan klub prezidenti Herbert Hayner səbirli qalır və bunun çox bahalı transfer olacağını başa düşürlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1482
avatar

Oxşar yazılar