Çempionlar Liqasının 1/8 final mərhələsinin “Latsio” və “Bavariya” arasında matçımın keçirilməsi təhlükə altına düşüb.
Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirus pandemiyasıdır.
Bencamin Pavarın testinin müsbət nəticələnməsi ilə Almaniya klubunda yoluxanların sayı 4-ə çatıb. “Bavariya”nın bütün komanda şəklində karantinə alınacağı gözlənilir.
Qeyd edək ki, “Latsio” – “Bavariya” matçı fevralın 23-də keçirilməlidir. Bundan üç gün əvvəl münhenlilər “Ayntraxt”la çempionat görüşünə çıxmalıdır.