"Bavariya" 4 oyunçunu satışa çıxartdı
07 avqust 2024 13:29 (UTC +04:00)

"Bavariya" 4 oyunçunu satışa çıxartdı

“Bavariya” yay transfer pəncərəsi bağlanana qədər 4 futbolçusunu satmağı planlaşdırır.

Lent.az xarici mediaya istinadla bildirir ki, alman klubu mərkəz müdafiəçisi Matthijs de Liqt, sağ cinah müdafiəçisi Nussair Mazraui, ispan cinah yarımmüdafiəçisi Brayan Saraqosa və cinah yarımmüdafiəçisi Kinqsli Komanı satışa çıxarıb. Bildirilir ki, “Mançester Yunayted” Mazraui və de Liqtə iddialıdır. Bir neçə İspaniya komandası Saraqosanı icarəyə götürmək istəyir, hələ də Koman üçün heç bir təklif olmayıb.

Xatırladaq ki, Almaniya Bundesliqasının yeni mövsümü avqustun 23-də Mönhenqladbax “Borussiya”sı – “Bayer” matçı ilə başlayır. “Bavariya” avqustun 25-də “Volfsburq”la çempionatda 1-ci tur matçına çıxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1146
avatar

Oxşar yazılar