Argentina millisinin keçmiş futbolçusu Qabriel Batistuta Qətərdə keçiriləcək dünya çempionatının finalı ilə bağlı gözləntilərini bölüşüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, 53 yaşlı keçmiş hücumçunun sözlərinə görə, Argentina millisi dünya çempionu olacaq.
“Yalnız son bir təkan qalıb. Əminəm ki, Argentina millisi bunu edəcək. Bu uşaqların əzmkarlığına heç bir şübhəm yoxdur, Messinin nə qədər istəkli olması xüsusilə nəzərə çarpır. O, arzusunu gerçəkləşdirəcək, çünki hər şey onun üçün mükəmməldir. O, meydanda əladır, bu, onun dünya çempionatıdır”, – Argentina mətbuatı Batistutanın sözlərindən sitat gətirir.
Əlavə edək ki, dünya çempionatının finalında Argentina Fransa millisi ilə qarşılaşacaq.