"Barselona"nın sabiq yarımmüdafiəçisi Andres İnyesta Kataloniya klubunun düşərgəsindəki karyerası mərhələsindən danışıb. Hazırda ispaniyalı yarımmüdafiəçi “Vissel Kobe”nin şərəfini qoruyur.
“Barselona”da oynayanda dünyanın ən xoşbəxt insanı idim. Bəlkə də bu kluba qayıdacam, amma hər şey başqa cür olacaq. Tapşırıqlar və şərtlər mənim oyunçu olduğum vaxtdan fərqli olacaq. Gələcəkdə nə olacağını gözləyək”, – Lent.az bildirir ki, Amerika mətbuatı İnyestanın sözlərindən sitat gətirib.
Xatırladaq ki, İnyesta "Barselona"nın yetirməsidir. Kataloniya klubunda 38 yaşlı futbolçu 674 oyun keçirib, 57 qol vurub və 138 məhsuldar ötürmə edib.