"Barselona"nın baş məşqçisi Xavi klubdan ayrılmaq qərarını dəyişmək niyyətində deyil.
“Gələcəklə bağlı qərarım dəyişmir. Əminəm ki, bu klubun dəyişikliyə ehtiyacı var. İyun ayına hələ bir-iki ay qalıb, amma fikrimcə, qərarım lazım idi. Bu, mənim və klub üçün ən yaxşı qərardır”, - Lent.az xarici mediaya istinadən bildirir ki, Xavi söyləyib.
Xavi yanvar ayında mövsümün sonunda "Barselona"dan ayrılacağını açıqlayıb.
25 turdan sonra kataloniyalılar La Liqada 54 xalla lider “Real”dan 8 xal geri qalaraq üçüncü pillədə qərarlaşıb.