"Barselona"nın yarımmüdafiəçisi Serxio Buskets karyerasını MLS-də davam etdirəcək.
Lent.az bildirir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Mənbənin məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi "İnter Mayami" ilə müqavilə imzalayacaq. Qeyd olunur ki, kataloniyalıların baş məşqçisi Xavi Ernandes hələ də futbolçunun komandada qalacağına ümid bəsləsə də, xeyli fikirləşdikdən sonra o, getmək qərarına gəlib.
Xatırladaq ki, Buskets Kataloniya klubunun yetirməsidir. 2008-ci ildən “Barselona”nın əsas komandasında oynayır. Onun hesabında 696 oyun və 32 kubok var. O, 3 dəfə Çempionlar Liqasında və 8 dəfə İspaniya liqasında qalib olub.