“Real”ın baş məşqçisi Karlo Ançelotti “Barselona” ilə qarşıdakı yoldaşlıq oyunu haqda danışıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, oyun iyulun 29-da Texasda keçiriləcək.
ESPN Ançelottinin sözlərini sitat gətirib: “Bu, həmişə xüsusi oyundur. “Real Madrid” ilə “Barselona” arasında yoldaşlıq oyunu yoxdur və heç vaxt olmayacaq”.
2022/23 mövsümündə “Barselona” İspaniya çempionu, “Real Madrid” isə ikinci yerdə olub.