"Barselona tarixinin ən yaxşı yarımmüdafiəçisini itiririk" - Xavi
13 may 2023 19:21 (UTC +04:00)

"Barselona tarixinin ən yaxşı yarımmüdafiəçisini itiririk" - Xavi

“Barselona”nın baş məşqçisi Xavi yarımmüdafiəçi Serxio Busketsin bu mövsüm başa çatdıqdan sonra klubu tərk etməsinə münasibət bildirib.

Lent.az xəbər verir ki, onun sözlərini jurnalist Fabrizio Romano Twitter-də yazıb:

“Buskets gördüyüm və ya birlikdə oynadığım ən ağıllı oyunçudur. O, dahidir. Tariximizin ən yaxşı mərkəz yarımmüdafiəçisini itiririk. Serxio meydanda və meydandan kənarda hər şeydə əlindən gələni etdi”.

Buskets 2006-cı ildən “Barselona”da çıxış edir. O, səkkiz dəfə İspaniya çempionu olub, yeddi dəfə İspaniya kubokunu qazanıb, həmçinin üç dəfə Çempionlar Liqasının əsas kubokunu qazanıb. İspaniya millisinin tərkibində Buskets 2010-cu il Dünya Kubokunun və Avro-2012-nin qalibi olub.

Buskets bu mövsüm La Liqada 27 oyuna çıxıb, 4 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2169
avatar

Oxşar yazılar