“Kristal Pelas”ın hücumçusu Vilfrid Zaha klubunu dəyişə bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, “Barselona” 30 yaşlı afrikalının tranferi ilə maraqlanır.
Məlumata görə, “mavi qranatlar” hücumçunun sərbəst transferini təşkil etmək istəyir. Çünki Zaha “Kristal Pelas”la yeni müqaviləyə razılıq verməsə, gələn yay klubsuz qalacaq.
“Barselona” Vilfridi Robert Levandovskinin əvəzləyicisi kimi nəzərdən keçirir.