Braziliyalı Antoni bahalı “BWM X6”nı itirdiyinə görə uzun müddət kədərlənməyib.
Lent.az bildirir ki, “The Sun”un məlumatına görə, “Mançester Yunayted”in 22 yaşlı cinah oyunçusu Yeni il gecəsi, daha dəqiq desək, Premyer Liqada "Vulverhempton”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra avtomobili qəzaya düşüb.
Futbolçu yağışlı havada yol nişanlarına çırpılaraq qəza törədib. Hadisə yerinə gələn və braziliyalının ayıq-sayıqlığını yoxlayan polis onun sərxoş olmadığına əmin olub.
Bundan sonra Antoni "Bornmut"la oyuna çıxmayıb (3:0). Əvvəlcə futbolçunun baş verənlərdən çox sarsıldığı güman edilib.
Ancaq indi onun oyunda olmamasının əsl səbəbi üzə çıxıb – o, futbol haqqında düşünə bilməzdi. Braziliyalı maaşına uyğun yeni avtomobil seçib.
Artıq yanvarın 9-da o, İngiltərə klubunun məşqinə 337 min funt-sterlinq dəyərində tamamilə yeni “Lamborghi”ni ilə gəlib.
Qeyd edək ki, yayda “Mançester Yunayted”ə 100 milyon avroya başa gələn 22 yaşlı futbolçu “qırmızı şeytanlar”ın heyətində 18 oyun keçirib, 6 qol vurub və iki məhsuldar ötürmə edib.