Azərbaycanın voleybol klubları avrokuboklarda mübarizəni dayandırıblar.
Lent.az xəbər verir ki, qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çağırış kuboku yarışının 1/16 final mərhələsinin cavab matçında Almaniyada yerli “Thüringen" kollektivinə 0:3 (15:25, 17:25, 9:25) hesabı ilə uduzub. “Azerreyl” ilk qarşılaşmada da rəqibi ilə bacarmamışdı - 1:3.
Kişi voleybolçulardan ibarət “Murov” komandası da eyni turnirin səkkizdəbir final mərhələsinin cavab matçında Bakıda Niderland təmsilçisi “Orion” ilə üz-üzə gəlib. İlk görüşdə rəqibinə 1:3 hesabı ilə məğlub olan “Murov” cavab qarşılaşmasında da eyni hesabla uduzub.
Hər iki təmsilçimiz təmsilçimiz turnirdə mübarizəni dayandırıb.