“Dopinq testlərin sayı çox güman ki, artacaq. Bir çox idmançılar qeydiyyata alınmış test qrupuna alınacaq”.
Apasport.az saytının məlumatına görə, bu barədə AMADA-nın direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
O, 2021-ci ildə bir futbolçuda dopinq aşkarlandığını vurğulayıb.
Ancaq Ş. Hüseynli prosesin davam etməsi səbəbindən ad çəkməyin məqsədəuyğun olmadığını qeyd edib.