Azərbaycanda futbol azarkeşlərinin çoxu  "Qalatasaray"ı dəstəkləyir   - SORĞU
21 noyabr 2023 19:20 (UTC +04:00)

Azərbaycanda futbol azarkeşlərinin çoxu "Qalatasaray"ı dəstəkləyir - SORĞU

Azərbaycanda aparılan araşdırmada insanların əksəriyyətinin “Qalatasaray” azarkeşləri olduğu üzə çıxıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Türkiyə və Azərbaycanda iki ölkənin əlaqələri eyni vaxtda araşdırılıb. “Areda Survey” araşdırma şirkətinin 2 min 200 nəfərlə apardığı araşdırmada azərbaycanlılara “Türkiyə dedikdə ağlınıza ilk üç şey nə gəlir?” sualı verilib.

Alınan cavablar arasında birinci 55,1 faizlə qardaşlıq və dostluq, ikinci yerdə 15,2 faizlə İstanbul, üçüncü yerdə isə 8,7 faizlə mahnılar yer alıb.

Həmçinin “Türkiyədə hansı komandaya azarkeşlik edirsən?” sualına iştirakçıların böyük bir hissəsi, 56 faizi “Qalatasaray” cavabını verib. Azərbaycanlı futbol azarkeşlərinin 20 faizi “Fənərbaxça”, 16 faizi isə “Beşiktaş”ı izləyir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3207
avatar

Oxşar yazılar