Erməni əsilli rusiyalı tennisçi Karen Xaçanov fevralın 13-dən 19-dək Niderlandın Rotterdam şəhərində keçiriləcək ATP-500 turnirindən çıxarılıb.
Lent.az Apasport.az-a istinadla xəbər verir ki, onu turnirin əsas "setka"sında Fransa təmsilçisi Benjamen Bonzi əvəzləyəcək.
Həmin turnirdə Rotterdamda rusiyalı idmançılardan Daniil Medvedev və Andrey Rublyov iştirak edəcək.
Qeyd edək ki, daha əvvəl Karen Xaçanov qondarma Dağlıq Qarabağ Respublikasını təbliğ edən hərəkətləri ilə yadda qalıb. Bu səbəbdən də Azərbaycan Tennis Federasiyası Beynəlxalq Tennis Federasiyasına idmançı haqda ölçü götürülməsini tələb edib.