Bu gün futbol üzrə Azərbaycan kubokunda 2021/22 mövsümünə start veriləcək.
Apasport.az saytının məlumatına görə, sayca yubiley – 30-cu mövsüm 1/8 final mərhələsi ilə başlayacaq.
Son illərin formalaşan ənənəsinə əsasən, bu raundda Premyer Liqa təmsilçiləri I divizion klublarını sınağa çəkir. İlk oyun günündə 2 qarşılaşma baş tutacaq.
Hər iki qarşılaşmada meydan sahibi aşağı liqa komandası olacaq. I divizionun ortababı olan “Zaqatala” doğma meydanda Premyer Liqanın autsayderi “Səbail”i büdrətməyə çalışacaq.
Öz liqalarında ikinci olanların dueli “Dalğa Arena”da təşkil olunacaq. Premyer Liqanın ikincisi olan “Qəbələ” I divizionda eyni mövqedə qərarlaşan MOİK-in qonağı olacaq.
Qeyd edək ki, 1/8 finalın digər iki görüşü sabah baş tutacaq. “Keşlə” “Qaradağ Lökbatan”ı, “Sabah” “Kəpəz”i qəbul edəcək.
Azərbaycan kuboku
1/8 final
10 dekabr (cümə)
14:00. “Zaqatala” – “Səbail”
Baş hakim: Tural Qurbanov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu
17:00. MOİK – “Qəbələ”
Baş hakim: Fərid Hacıyev
“Dalğa Arena”