Azərbaycan idmançıları PARİS-2024-ə  yola salındı-FOTO
23 iyul 2024 05:16 (UTC +04:00)

Azərbaycan idmançıları PARİS-2024-ə yola salındı-FOTO

Azərbaycan idmançılarının bir qrupunun Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına yolasalma mərasimi keçirilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların yolsalma mərasimi olub. Mərasimində gənclər və idman naziri Fərid Qayıbov, federasiyaların rəhbər şəxsləri və media nümayəndələri iştirak edib.

Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycanı 48 idmançı 15 idman növü üzrə 17 proqramda təmsil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 363
avatar

Oxşar yazılar