Azərbaycan gimnastları Böyük Britaniyanın Birmingem şəhərində batut gimnastikası və tamblinq üzrə keçirilən dünya yaş qrupları yarışında, eləcə də 1-ci dünya çempionatında mərhələ adlayıblar.
Federasiyadan Lent.az-averilən məlumata görə, yığma komandanın üzvlərindən Ömər Qasımlı, Fərhad Mustafayev (batut gimnastikası) sinxron proqramda finala yüksəliblər.
Hüseyn Abbasov (batut gimnastikası) və Aleksey Karataşov (tamblinq) analoji yarışda finala, dünya çempionatında isə yarımfinala vəsiqə qazanıblar.