"Şamaxı"nın bu gün Antalyadakı təlim-məşq toplanışı zamanı keçirdiyi yoxlama oyunu yarımçıq dayandırılıb.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi öncə Qazaxıstanın “Kaysar” klubu ilə üz-üzə gəlib. Matçda hesab açılmayıb.
"Şamaxı" ikinci oyunu Rumıniyanın “Botoşan” komandasına qarşı keçirib. 18:30-da start götürən oyun ikinci hissədə yarımçıq dayandırılıb. Buna səbəb güclü yağışın yağmasıdır.
Qeyd edək ki, 68 dəqiqə oynanılan matçda "Şamaxı" rəqibinə 0:1 məğlub olurdu.