Azərbaycan boksçusu olimpiadada gümüş medal qazandı
10 avqust 2024 00:59 (UTC +04:00)

Azərbaycan boksçusu olimpiadada gümüş medal qazandı

Paris Yay Olimpiya Oyunlarında boks üzrə yarışlar davam edir.

Apasport.az xəbər verir ki, təmsilçimiz Alfonso Dominqes 92 kq çəki dərəcəsində final matçına çıxıb.

O, özbəkistanlı Lazizbek Mullojonov ilə qarşılaşıb.

Dominqes rəqibinə məğlub olaraq gümüş medala yiyələnib.

Qeyd edək ki, təmsilçimiz 2021-ci ildə dünya çempionatının qızıl, 2023-də isə gümüş medalını qazanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 336
avatar

Oxşar yazılar