Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda VIII hesabat-seçki Baş Məclisi keçirilib.
Lent.az xəbər verir ki, MOK-un mətbuat xidmətindən apasport.az saytına məlumatına görə, hesabat-seçki Baş Məclisi öz işini başa çatdırdıqdan sonra MOK İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.
İclasda Azər Əliyev baş katib, Çingiz Hüseynzadə, Fərid Qayıbov və Zemfira Meftahətdinova vitse-prezident seçiliblər.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıb.
Qeyd edək ki, Azər Əliyev Baş katib postunda Ağacan Abiyevi, gənclər və idman naziri Fərid Qayıbov vitse-prezident vəzifəsində mərhum sələfi Azad Rəhimovu, Zemfira Meftahətdinova isə Xəzər İsayevi əvəz edib.